• Bakı 18° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Portuqaliya millisinin üzvü "Çelsi"yə keçib

İDMAN

10 Avqust 2024 | 12:57

Portuqaliya millisinin üzvü Çelsiyə keçib

Portuqaliya millisinin futbolçusu Pedru Netunun yeni klubu müəyyənləşib.

Bakıvaxtı.az “Sky Sport”a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi İngiltərənin “Çelsi” klubu ilə anlaşıb.

Onun transferi 54 milyon funt-sterlinqə başa gəlib. Yığma üzvünün “Çelsi” ilə 2030-cu ilə qədər müqavilə imazalayacağı gözlənilir. Futbolçu tibbi müayinədən keçmək üçün paytaxt Londona yollanıb.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Vulverhempton” klubunda keçirən P.Netu Premyer Liqa və İngiltərə Kubokunda ümumilikdə 24 matçda meydana çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR