• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Birbaşa Bakı” Avropa Çempionlar Liqasının qalibi olub

İDMAN

09 Sentyabr 2024 | 12:38 | Müəllif: Əli Hüseynov

“Birbaşa Bakı” Avropa Çempionlar Liqasının qalibi olub

Polşanın Varşava şəhərində keçirilən minifutbol üzrə Avropa Çempionlar Liqası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, turnirdə ölkəmizi “Birbaşa Bakı” və “Aznur” komandaları təmsil edib. “Aznur” kollektivi qrup mərhələsini uğurla adlasa da, 1/8 finalda mübarizəni dayandırıb.

Digər təmsilçimiz “Birbaşa Bakı” isə bütün rəqiblərindən üstün olaraq Çempionlar Liqasının baş mükafatını qazanıb. Komandanın üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Çempionlar Liqasında gümüş medalı “Brno”(Çexiya) , bürünc medalı isə “Malaqa” (İspaniya) komandaları qazanıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026