• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Millimizin oyununun hakimləri açıqlanıb

İDMAN

09 Oktyabr 2024 | 12:38 | Müəllif: Əli Hüseynov

Millimizin oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ballimena şəhərində yerləşən “The Şouqraunds” stadionunda baş tutacaq qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Heini Ziskason Vidoy olacaq. Ona Dan Petur Pauli Hoyqaard və Yan Hermansen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Byarki Danielsen yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. /İdman.biz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026