• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Neymar karyerasını ölkəsində davam etdirə bilər

İDMAN

08 Noyabr 2024 | 12:12

Neymar karyerasını ölkəsində davam etdirə bilər

Braziliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın hücumçusu Neymar karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.

Bakıvaxtı.az "Goal" istinadən xəbər verir ki, yanvarda "Əl-Hilal"la müqaviləni ləğv etmək istəyən 32 yaşlı futbolçu Braziliyanın "Santos" klubuna keçməyə razılaşıb.

Uzun müddət zədədən əziyyət çəkən hücumçu cari mövsümdə cəmi iki matçda iştirak etsə də, heç bir məhsuldarlıq göstərməyib.

Qeyd edək ki, Neymar "Əl-Hilal"a 2023-cü ilin avqustunda keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı, hücumçunu 30 milyon avro dəyərində qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026