• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Real"ın daha üç futbolçusu növbəti oyunu buraxacaq

İDMAN

07 Dekabr 2024 | 14:17

Realın daha üç futbolçusu növbəti oyunu buraxacaq

İspaniyanın "Real" klubunun daha üç futbolçusu "Jirona"ya qarşı keçirəcəkləri La Liqanın XVI tur matçında iştirak edə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Aparıcı oyunçulardan Rodriqo meydana çıxmayacaq. 19 yaşlı Çema Andres və 20 yaşlı Qonsalo Qarsiya da səfərə aparılmayıb. Əvəzində Daniel Yanez əsas komandaya cəlb edilib.

Bundan əlavə, "kral klubu"nda Vinisius Junior, David Alaba, Dani Karvahal, Eder Militao və Eduardo Kamavinqa da zədəlidir.

Qeyd edək ki, bu gün baş tutacaq "Jirona" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025