• Bakı 25° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Andrea Berta "Atletiko"da GETDİ  

İDMAN

06 Yanvar 2025 | 12:30

Andrea Berta "Atletiko"da GETDİ

İspaniyanın "Atletiko" klubu italiyalı idman direktoru Andrea Berta ilə yolları ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. A.Berta 2013-cü ildə "Cenoa"dan "Atletiko"ya keçib. Əvvəlcə Madrid təmsilçisinin beynəlxalq skautinq şöbəsində çalışan sabiq klub rəsmisi 2017-ci ildən idman direktoru vəzifəsini icra edirdi.

Qeyd edək ki, A.Bertanın işlədiyi müddətdə "Atletiko" 2013-cü ildə İspaniya Kubokunun, 2013/2014 və 2020/2021 mövsümlərində iki dəfə La Liqanın qalibi olub. Komanda 2014-cü ildə İspaniya Superkubokunu, 2017/2018 mövsümündə UEFA Avropa Liqasını və 2018-ci ildə UEFA Superkubokunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026