• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

UEFA Toral Bayramovun qolunu səsverməyə çıxardı

İDMAN

08 Noyabr 2024 | 09:53

UEFA Toral Bayramovun qolunu səsverməyə çıxardı

"Qarabağ" klubunun futbolçusu Toral Bayramovun Norveçin "Budo Qlimt" kollektivinin qapısından keçirdiyi qol turun "ən gözəl qolu" adına namizəddir.

Bakıvaxtı.az xəbər verir ki, UEFA-nın rəsmi saytı Toralın qolunu Avropa Liqasının son turunda vurulan digər üç qolla birlikdə səsverməyə çıxarıb.

Belə ki, azarkeşlərə ümumilikdə dörd seçim təqdim edilir. Toral Bayramovun qolu, "Qalatasaray"ın futbolçusu Yunus Akgünün "Tottenhem"in qapısından keçirdiyi qol, "Ayntraxt"ın üzvü Omar Marmouşun "Slaviya"nın qapısına vurduğu qol və Bolqarıstanın "Ludoqorets" komandasının üzvü Erik Markusun İspaniyanın "Atletik" klubunun qapısından keçirdiyi qol.

Azarkeşlər bu qollardan birini seçərək "turun ən gözəl qolu"nu müəyyənləşdirə bilərlər.

Bu linkə daxil olaraq səs verə bilərsiniz.


UEFA Toral Bayramovun qolunu səsverməyə çıxardı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026