• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada yaşayış binası raketlə vurulub: 15 ölü - YENİLƏNİB

DÜNYA

13 May 2024 | 08:06 | Müəllif: Gülşən Şərif

Rusiyada yaşayış binası raketlə vurulub: 15 ölü - YENİLƏNİB

Rusiyanın Belqorod şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

    Bu barədə məlumat qurumun “Telegram” kanalında yer alıb.

    Ümumilikdə dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb, 17 nəfər isə xilas edilib.

    Xatırladaq ki, mayın 12-də Ukrayna ordusu Rusiyanın Belqorod şəhərində yerləşən binaya raket zərbəsi endirib, nəticədə binanın bir hissəsi uçub. (Apa)

    ***

    02:11

    Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.

    Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.

    Hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.

    Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan sakinlər təxliyə ediliblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026