Zaqatalada intihar hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir kii, hadisə bu gün səhər saat 6 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı M.Həsənovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
















