Rusiya triatlon komandasının olimpiya iştirakçısı Sısoyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı idmançının avtomobili yük maşını ilə toqquşub. Hadisə nəticəsində Sısoyev yerindəcə dünyasını dəyişib.
Rusiya idmanının əfsanəsi, Afina və Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı və federal idman hazırlığı sisteminin banisi kimi tanınırdı.