• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan: "Bütün ölkələr Fələstini tanımalıdır"

SİYASƏT

13 May 2024 | 10:04 | Müəllif: Gülşən Şərif

Ərdoğan: "Bütün ölkələr Fələstini tanımalıdır"

"Qlobal sistemin sahiblərindən İsrailə təzyiq göstərməyini gözləmək tamamilə əbəsdir". 

Bakıvatı.az "Sabah"a istinadən bildirir ki, bunu Dünya İslam Alimləri Sammitində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

İsrailin qanlı terror təşkilatı kimi hərəkət etdiyini bildirən Ərdoğanın sözlərinə görə, oktyabrın 7-dən bəri Qəzzada bəşər tarixinin ən amansız qətliamları yaşanır:

"Yarandığı gündən etibarən davamlı işğal, zülm və quldurluq yolu ilə ərazilərini genişləndirən İsrail günahsız qanlar tökməyə davam edir. Bu günə qədər 15 min uşaq vəhşicəsinə qətlə yetirilib. Əksəriyyəti qadın və mülki vətəndaşlardan ibarət olan 35 min fələstinli qardaş şəhid olub və 80 minə yaxın insan öz yurd-yuvasından köçüb". 

Ərdoğan qeyd edib ki, sionistlər və onların tərəfdarları hər zaman qatil ideologiyasını diktə ediblər və bundan sonra da edəcəklər.

"Qərb ölkələri Qəzzadakı soyqırımı görməzdən gələrək, İsraili dəstəkləməyə davam edəcəklər. Son 219 gündə yaşananlar bunu çox açıq şəkildə göstərir. İnsani dəyərlərin sınandığı Qəzza imtahanında hər kəs özünə yaraşanı edir. Ona görə də Fələstin dövlətini tanımayan bütün ölkələri ən qısa zamanda bu dövləti tanımağa dəvət edirik". - deyə Ərdoğan çağırış edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR