• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Azərbaycan Ukraynaya nə qədər yardım edib? - Açıqlama

SİYASƏT

11 Iyun 2024 | 19:12 | Müəllif: Gülşən Şərif

Azərbaycan Ukraynaya nə qədər yardım edib? - Açıqlama

 "Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.

C.Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.

Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR