Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın BRİKS-ə qoşulmaq istədiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sahibə Qafarova bu barədə Sankt-Peterburqda keçirilən BRİKS Parlament Forumunda çıxış edərkən məlumat verib.
Parlament rəhbəri bildirib ki, beynəlxalq sistemin səmərəliliyini təmin etmək üçün münasibətlər qarşılıqlı fayda və hörmət əsasında qurulmalıdır:
"Azərbaycan həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir.Bu prinsiplər həm də BRİKS-in prioritetləridir. Azərbaycanın BRİKS-ə qoşulmaq səbəbi də məhz budur",- S.Qafarova qeyd edib.
Əli Hüseynov
















