• Bakı 18° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Avstraliyanın qaz hasilatı ilə bağlı qərarı tənqid olundu

İQTİSADİYYAT

09 May 2024 | 09:49

Avstraliyanın qaz hasilatı ilə bağlı qərarı tənqid olundu

Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Avstraliya qaz hasilatını və istifadəsini 2050-ci ilə qədər artırmağı planlaşdırır.

Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bununla bağlı Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.

Onun sözlərinə görə, qaz hasilatının artırılmasının əsas səbəbi yerli enerji təchizatını gücləndirməkdir:

"Hökumət həmçinin Qərbi Avstraliyada "Chevron" və "Woodside Energy Group" tərəfindən idarə olunan mövcud qaz layihələrinin genişləndirilməsini dəstəkləməyə davam edəcək".

Lakin tənqidçilər Avstraliyanın bu qərarını birmənalı qarşılamayıblar. Bildirilib ki, Beynəlxalq Enerji Agentliyi (IEA) iqlim dəyişikliyinə qarşı mübarizə fonunda ölkələri kömür, neft və qazdan istifadənin azaldılmasına çağırır. Onlar Avstraliyanın qərarını "mənəvi cəhətdən müflis, səhlənkar və sadəcə axmaqlıq" adlandırıblar.

Qeyd edək ki, hazırda Avstraliyada qaz ölkənin mövcud enerji tələbatının 27%-ni təşkil edir. Yerli istehsal olunan məhsulların əsas hissəsi Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrə ixrac olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

19 May 2024