• Bakı 22° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

"OPEC"dən proqnoz: "2.2 milyon barel artım olacaq"

İQTİSADİYYAT

06 Iyun 2024 | 15:26 | Müəllif: Gülşən Şərif

"OPEC"dən proqnoz: "2.2 milyon barel artım olacaq"

"Bu il qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artacağı proqnozlaşdırılır".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays deyib.

Qlobal neft tələbi ilə bağlı qiymətləndirmələrə toxunan Qaysın sözlərinə görə, bu ilin birinci rübündə gündəlik 2,3 milyon barel qeydə alınıb.

"Ümumiyyətlə, birinci rübdə hər zaman aşağı nəticələr qeydə alınır. Bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu çərçivəsində əldə edilən hasilat razılaşmalarına əsasən, ilin sonuna doğru gündəlik neft tələbində artım olacağı gözlənilir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026