• Bakı 22° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Ersin Tatar: “Türk Dövlətləri Təşkilatının fəaliyyətlərində iştirak etmək istəyirik”

İQTİSADİYYAT

06 Iyul 2024 | 15:08

Ersin Tatar: “Türk Dövlətləri Təşkilatının fəaliyyətlərində iştirak etmək istəyirik”

 “Bizim ən böyük gücümüz türk dünyasının birliyi və həmrəyliyidir. Biz bütün qurum və təşkilatlarımızla  hər bir tədbirdə iştirak etməyə çalışırıq. Türk Dövlətləri Təşkilatının fəaliyyətlərində iştirak etmək də istəyirik”.

Bakıvaxtı.az xəbər verir ki,Şimali Kipr Türk Respublikası prezidenti Ersin Tatar bu sözləri Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında deyib.

Çıxışında bildirib ki, Şimali Kipr qardaş türk dövlətlərinə dəstək olmağa hər zaman hazırdır.
 
Prezident xüsusilə Orta Nəqliyyat Dəhlizi və Zəngəzur Dəhlizi kimi nəqliyyat-loqistika proseslərinin inkişafına yönəlmiş məsələlərdə xüsusilə iştirak etmək istədiklərini dilə gətirib:

"TDT-nin Orta Dəhlizin inkişafı işində fəal rol oynaması bizim üçün böyük əhəmiyyət kəsb edir. Təşkilatımızınxüsusilə Xəzər Beynəlxalq Şərq-Qərb Orta Nəqliyyat Dəhlizi və Zəngəzur Dəhlizi, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək əzmini təqdir edirəm və bildirmək istərdim ki, biz əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq” -, Ersin Tatar əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

04 Oktyabr 2024