• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Zərdabda narkokuryer saxlanıldı

HADİSƏ

05 Oktyabr 2024 | 09:00

Zərdabda narkokuryer saxlanıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırmalar zamanı E. Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir


Zərdabda narkokuryer saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026