• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda avtomobil yağı sexində yanğın oldu - VİDEO

HADİSƏ

03 Noyabr 2024 | 08:44 | Müəllif: Subhan Mahmudov

Bakıda avtomobil yağı sexində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 60 kv.m. olan   avtomobil mühərriki yağlarının qablaşdırılması sexində baş verən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexdə olan sobanın içərisində 50 litr və sobanın ətrafına dağılmış 4 kv.m. sahədə yağ qalıqları yanıb, sexin böyük hissəsi yanğından mühafizə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026