• Bakı C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

32 kq-a yaxın marixuananın Azərbaycanın ərazisindən keçirilməsinin qarşısı alınıb

HADİSƏ

02 Dekabr 2024 | 12:30

32 kq-a yaxın marixuananın Azərbaycanın ərazisindən keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “alma” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilərkən 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, yoxlamaya nəqliyyat vasitəsinin qoşqusunun təsvirlərində şübhəli cizgilər müşahidə olunduğundan yük kinoloji xidmət iti cəlb edilib.

Yoxlama zamanı xidməti itin reaksiyasına əsasən 12 paletin altlığında gömrük nəzarətindən gizlədilmiş düzbucaqlı formalı 105 bağlamada xalis çəkisi 31 kq 805 qr narkotik vasitə - marixuana aşkar olunub.


SON XƏBƏRLƏR

24 Yanvar 2025