• Bakı 22° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

APL: Bu gün IX turun daha iki oyunu keçiriləcək

İDMAN

05 Oktyabr 2024 | 09:36

APL: Bu gün IX turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

Bak;vaxt.az xəbər verir ki, günün ilk matçında "Səbail" evdə "Şamaxı"nı qəbul edəcək.

"ASCO Arena"da start götürəcək görüş saat 17:00-da başlayacaq.

Ardınca saat 19:30-da "Sabah" "Araz-Naxçıvan" kollektivini sınağa çəkəcək. Qarşılaşma “Bank Respublika Arena”da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

IX tur

5 oktyabr

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"ASCO Arena".

19:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Bank Respublika Arena".

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024