• Bakı 14° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

İQTİSADİYYAT

11 May 2024 | 17:29 | Müəllif: Gülşən Şərif

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb

2024-cü ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 mlrd. 657 mln. 339,4 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon manat vəsait daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 4 mlrd. 522,6 mln. manata çatıb.

Məlumata görə, ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026