• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İpoteka kreditlərinin 90%-dən çoxu Bakının payına düşüb

İQTİSADİYYAT

08 Iyun 2024 | 17:49 | Müəllif: Gülşən Şərif

İpoteka kreditlərinin 90%-dən çoxu Bakının payına düşüb

Bu il yanvarın 1-nə Azərbaycanda ipoteka kreditləşməsinin regionlar üzrə təsnifatı açıqlanıb.

Bakıvaxtı.az İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir ki, hesabat dövrünə ölkədə tələbdən artıq girov qoymanı istisna etmədən ipoteka kreditlərinin ümumi həcmi illik müqayisədə 11,4 % artaraq 3 milyard 301,229 milyon manata çatıb.

İpoteka kreditlərinin 90,6 %-i və ya 2 milyard 989,381 milyon manatlıq hissəsi Bakının payına düşüb ki, bu da, illik müqayisədə 12,1 % çoxdur.

İpoteka kreditlərinin 5,2 %-i və ya 171,044 milyon manatı Sumqayıtın, 2,1 %-i və ya 67,830 milyon manatlıq hissəsi Gəncənin, 2,2 %-i və ya 72,974 milyon manatlıq hissəsi isə digər regionların payına düşüb. Bu da, illik müayisədə müvafiq olaraq 3,4 % az, 11,3 % çox və 27,4 % çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026