• Bakı 20° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

“Russneft” Azərbaycanı tərk etdi

İQTİSADİYYAT

07 Iyul 2024 | 23:31

“Russneft” Azərbaycanı tərk etdi

"Russneft" Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, qərar "Britaniya-Virciniya GEA Holdings Limited"ə də təsir edib.

GEA xətti ilə “Russneft” Abşeron, Binəqədi, Neftçala və Şirvan da daxil olmaqla 16 yatağın işlənməsində iştirak edib. O, 2014-cü ildə 870 milyon dollara alınıb və Azərbaycanın quruda neft hasil edən ən böyük xarici şirkəti hesab edilirdi.

"Russneft" həmçinin GEA ilə əlaqəli Kiprin "Cypriot Global Energy Cyprus Limited" və Kayman adalarından dörd şirkətindən: "Kura Valley Holdings Ltd.", "Karasu Operating Compan", "Karasu Petroleum Company" və "Karasu Development Company"dən azad olub. İlk iki şirkət Padar (Russneft 2019-cu ildə layihədən çıxıb), Mişovdağ və Kəlaməddin yataqlarının işlənməsində iştirak edib.

Qeyd edək ki, "Russneft" Azərbaycandakı layihələri prioritet hesab edirdi. 

 


SON XƏBƏRLƏR

05 Oktyabr 2024