Avqust ayında avrozonada investorların güvən indeksi kəskin şəkildə aşağı düşüb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə bazar araşdırması aparan "Sentix" avqust ayı üçün Avrozona İnvestor Güvən İndeksi məlumatlarını açıqlayıb.
Məlumata görə, iyulda mənfi 7,3 bal olan avrozona investor güvən indeksi avqustda mənfi 13,9-a düşüb.
Qeyd olunub ki, investorları Yaxın Şərqdəki geosiyasi vəziyyət, Almaniyada və ABŞ-də keçiriləcək seçkilərlə bağlı qeyri-müəyyənliklər kimi müxtəlif məsələlər narahat edir.
Gülşən Şərif
















