• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ukrayna zəhərli maddələrdən istifadə edib

DÜNYA

13 May 2024 | 09:17

Ukrayna zəhərli maddələrdən istifadə edib

Ukrayna Silahlı Qüvvələri (AFU) Donetsk Xalq Respublikasının (DXR) sakinlərinə qarşı kimyəvi döyüş vasitələrindən istifadə edib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Ukrayna ordusu Yasinovatski rayonunun Semenovka kəndinin sakinlərinə qarşı zəhərli maddələrdən istifadə edib.

Döyüş bölgəsindən təxliyə edilən Sergey adlı kənd sakini bildirib ki, ukraynalılar kimyəvi silahdan istifadə etdikdən sonra insanlarda nəfəs almaqda çətinlik yaranıb, ağızda badam və qan dadı, həmçinin ürəkbulanma və qusma yaranıb.

Andrey adlı Semenovka sakini əlavə edib ki, maddə dronlardan atılıb. O, xatırladır ki, maddə ammonyak iyi gəlirdi. "Sonra göz yaşları axmağa başlayır, boğulursan, nəfəs almaq mümkün deyil, mən hələ də öskürürəm...”

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026