• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Ərdoğan Yunanıstanın baş nazirini qəbul edəcək

DÜNYA

13 May 2024 | 08:21 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan Yunanıstanın baş nazirini qəbul edəcək

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu gün Türkiyəyə işgüzar səfər edəcək.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Miçotakis prezident Ərdoğan tərəfindən qəbul ediləcək. Görüş zamanı ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq

Aktual regional və qlobal məsələlərlə yanaşı, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılacağı gözlənilən səfər çərçivəsində əlaqələrin müqavilə əsaslarına töhfə verəcək sazişlərin imzalanması da gündəmdədir.

Mitsotakis Eleftheros Tipos qəzetinə müsahibəsində gündəmlə bağlı qiymətləndirmələr edib.

İkitərəfli münasibətlərin bir çox sahələrində əməkdaşlığın inkişaf etdiyini vurğulayan Baş nazir Türkiyə prezidenti ilə görüşmək üçün Ankaraya səfərinin məqsədinin bu qarşılıqlı faydalı yaxınlaşma prosesinin davam etdirilməsini təmin etmək olduğunu bildirib.

Mitsotakis qarşıdakı 5 ildə iki ölkə arasında ticarət həcminin iki dəfə artırılması, səhiyyə, təbii fəlakətlərlə mübarizə kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi kimi hədəflərin olduğunu bildirib.

.Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR