• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma: Saxlanılanlar var

DÜNYA

13 May 2024 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma: Saxlanılanlar var

Tbilisidə parlament binasının girişlərini bloklamağa çalışan etirazçılarla polis arasında qarşıdurma olub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, səhər saatlarında polis nümayişçilərdən ərazini tərk etmələrini və nümayişi parlament binasının qarşısında keçirməyi tələb edib.

    Etirazçıların polisin tələbini yerinə yetirməməsindən sonra ərazidə gərginlik yaranıb. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

    Əraziyə çox sayda xüsusi təyinatlı polis dəstələri, həmçinin su şırnağı cəlb olunub.

    Saxlanılanların olduğu deyilir.

    Qeyd edək ki , Gürcüstan parlamentinin Hüquqi məsələlər Komitəsi bu gün hakim partiyanın təqdim etdiyi "xarici təsir" qanununu üçüncü oxunuşda nəzərdən keçirəcək.

    Etirazçılar müzakirəyə mane olmaq məqsədilə depuatların parlamentə daxil olmasının qarşısını almaq üçün ötən gün saat 22:00-dan binanın girişlərinə toplanaraq toplanaraq gecəni ərazidə keçiriblər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026