• Bakı 13° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

HADİSƏ

29 Aprel 2024 | 09:17

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


SON XƏBƏRLƏR

15 May 2024