• Bakı 23° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Başı telefona qarışdı, avtomobili aşırdı - FOTO

HADİSƏ

29 May 2024 | 08:19 | Müəllif: Qalib İbrahimoğlu

Başı telefona qarışdı, avtomobili aşırdı - FOTO

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadla verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

    Belə ki, Mehdi Mehdiyev idarəetməsində olan “Toyota Prius” markalı maşında olarkən telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb.

    Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb.

    Yaralı Kliniki Tibbi Mərkəxə yerləşdirilib.

    Sürücü bildirib ki, naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.

    Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.


    Başı telefona qarışdı, avtomobili aşırdı - FOTOBaşı telefona qarışdı, avtomobili aşırdı - FOTOBaşı telefona qarışdı, avtomobili aşırdı - FOTOBaşı telefona qarışdı, avtomobili aşırdı - FOTOBaşı telefona qarışdı, avtomobili aşırdı - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR