• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Həkəri çayının səviyyəsi qalxdı, Padşah körpüsünün bir hissəsini dağıldı - VİDEO

HADİSƏ

27 Iyun 2024 | 20:41

Həkəri çayının səviyyəsi qalxdı, Padşah körpüsünün bir hissəsini dağıldı - VİDEO

Laçında yağan güclü yağış nəticəsində Həkəri çayının səviyyəsi qalxaraq üzərində yerləşən Padşah körpüsünün bir hissəsini dağıdıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda sözügedən ərazidə təmir işləri aparılır.

Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva bildirib ki, son günlər leysan yağışları ilə bağlı Həkəri üzərindəki qədim körpünün çökməsi təbii fəlakətin nəticəsi kimi dəyərləndirilir.

"Bildiyiniz kimi, el arasında "Padşah körpüsü" adanlanan həmin taxta körpü uzun illərdir mövcud olub. Özəl bir funksiyası yoxdur. Yalnız girişdə estetik mənzərəni tamamlayan elementdir. Şəhərin yenidən qurulması zamanı Laçın abadlıq tərəfindən daş döşənərək, kənarları çiçəklərlə bəzədilib, ətrafı baxış meydançası kimi asanlaşdırılmışdı. Yeri gəlmişkən, Həkəri üzərindən salınmış digər üzən körpü də vaxtaşırı təhlükəsizliyi nəzərə alaraq qaldırılır. Artıq yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından biri olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun yenidən bərpa olunacaq", - o əlavə edib./trend


SON XƏBƏRLƏR

29 Iyun 2024