• Bakı 22° C

    7.94 m/s

Bakıda ağır qəza - Süpürgəçi öldü, ofisiant yaralıdır

HADİSƏ

29 May 2024 | 00:15 | Müəllif: Subhan Mahmudov

Bakıda ağır qəza - Süpürgəçi öldü, ofisiant yaralıdır

Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb.

Bakıvaxtı.az bildirir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu süpürən qadını vurub.

Zərbənin təsirindən qadın yol kənarında dayanan "Şuşa" restoranın ofisiantı 1999-cu il təvəllüdlü Heydərov Şəhriyar Namiq oğluna çırpılıb.

Ş.Heydərovun başı beton plitəyə çırpılıb. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Ş.Heydərov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026