• Bakı 16° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Qazaxıstan istismardan çıxarılan qırıcıları Ukraynaya ötürüb?

DÜNYA

28 Aprel 2024 | 15:20

Qazaxıstan istismardan çıxarılan qırıcıları Ukraynaya ötürüb?

Qazaxıstanda istismardan çıxarılan hərbi təyyarələrin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi ilə bağlı məlumat reallığa uyğun deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Kazspecexport” dövlət müəssisəsinin mətbuat xidməti bəyan edib.

Məlumata görə, təyyarələrin çıxarılacağı hərracda yalnız Qazaxıstan şirkətləri iştirak edə biləcək. Xarici şirkətlərə hərraclarda iştirak icazəsi verilməyib.

Bildirilib ki, avadanlığın təkrar emalı prosesi tam olaraq onun əvvəlki sahibləri tərəfindən idarə olunacaq. Bütün təyyarələr yalnız metal qırıntıları şəklində kəsilərək ölkədən çıxarılacaq.


SON XƏBƏRLƏR

12 May 2024
11 May 2024