• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

TBMM sədri: Azərbaycanla həmrəyliyimiz əbədi olacaq

DÜNYA

28 May 2024 | 14:15

TBMM sədri: Azərbaycanla həmrəyliyimiz əbədi olacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib:

"Hər zaman “bir millət, iki dövlət” anlayışı ilə çiyin-çiyinə olduğumuz Azərbaycanın 28 May Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və cansağlığı arzulayıram. Azərbaycanın haqlı qürurunu və ruh yüksəkliyini ürəkdən paylaşdığımız bu mənalı gündə vətən uğrunda şəhid olan bütün qəhrəmanları bir daha rəhmət və ehtiramla yad edirəm. Azərbaycanla həmrəyliyimiz, birliyimiz əbədi olacaqdır".


SON XƏBƏRLƏR

26 Iyul 2024