İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxış edəcək.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu vəziyyət israilli siyasətçilər, akademiklər və elm adamları tərəfindən dəhşətli səhv kimi qiymətləndirilib.
İsrailin keçmiş baş naziri Ehud Barak, Mossad kəşfiyyatının keçmiş direktoru Tamir Pardo da daxil olmaqla bir qrup israilli siyasətçi Netanyahunun qərarına etiraz ediblər.
Siyasətçilər Netanyahunu Konqresdə çıxışla bağlı fikrindən daşınmağa və dəvəti qəbul etməməyə çağırıblar.
Qeyd edək ki, oktyabrın 8-dən İsrailin Qəzza zolağında törətdiyi soyqırım nəticəsində 40 minə yaxın dinc sakin həyatını itirib.
Gülşən Şərif













jpg-1722059462.webp)

