İsrailin Rəfah şəhəri yaxınlığında endirdiyi zərbədən sonra ölənlərin sayı artıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İsrail hərbçilərinin Rəfah şəhərinin şimalındakı Musabbeh bölgəsindəki bir evə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bundan əvvəl İsrail hərbçilərinin əl-Masri ailəsinin evini bombalaması nəticəsində 2 nəfər ölüb və çox insan yaralanıb.
Mina Mikayılova
















