Türkiyədə 4 iş yerinə silahlı hücum olub.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Kocaelinin Darıca rayonunda avtomobillə gələn şübhəlilər 4 iş yerinə 22 atəş açıb.
Belə ki, yaxınlıqdakı 3 tullantı anbarına və avtomobil kuzov sexinə hücum edilib.
Hücum nəticəsində 1 nəfərin öldüyü bildirilib.
Qeyd olunub ki, qaçan şübhəlilərin müəyyən edilərək tutulması üçün istintaq başladılıb.
Mina Mikayılova
















