• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

AŞPA-dan Ermənistana ÇAĞIRIŞ

DÜNYA

27 Iyun 2024 | 11:46

AŞPA-dan Ermənistana ÇAĞIRIŞ

Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz qətnaməsində Ermənistanda siyasi ab-havanın həddən artıq qütbləşdiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, AŞPA həmçinin Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayıb.

AŞPA-nın Ermənistanın öhdəliklərinin monitorinqi üzrə həmməruzəçiləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberqin (İsveç) hesabatında Ermənistan hakimiyyətinin Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq həyata keçirdiyi seçki islahatlarını alqışlanıb. AŞPA hesab edib ki, Ermənistanda həqiqətən demokratik seçkilərin keçirilməsi məqsədinə əsasən nail olunub.

AŞPA Ermənistandakı siyasi ab-havanın həddindən artıq qütbləşməsindən təəssüfləndiyini bildirib. Assambleya bütün siyasi maraqlı tərəfləri parlament çoxluğu ilə müxalifət arasında münasibətlərin yaxşılaşdırılması, xüsusən də müstəqil kollegial orqan və institutlara təyinat prosedurlarının siyasətdən kənarlaşdırılması məqsədilə dialoqa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026