• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ermənistan referendum keçirə bilər

DÜNYA

27 Iyun 2024 | 12:46

Ermənistan referendum keçirə bilər

Ermənistan tezliklə Avropa İttifaqına üzv olmaq zərurəti ilə bağlı referendum keçirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı deyib.

“Bir neçə gün əvvəl parlamentimizdə referendumla bağlı müzakirələr gedirdi... Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bu referendum bizdə də olacaq”, - deyə o, vurğulayıb.

O, əmin olduğunu bildirib ki, Ermənistan vətəndaşları ölkənin Avropa İttifaqına daxil olmasının zəruriliyi ilə bağlı suala müsbət cavab verəcəklər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026