Türkiyəli Aktyor Salahsun Hekimoğlu dünyasını dəyişib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Salahsun Hekimoğlu 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, "Payitaht Abdülhəmid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar" və "Kavak Yelleri" kimi bir çox məşhur seriallarda rol alan Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub.
İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən bu yana film və serialların səslənməsi ilə məşğuldur.
Bildirilib ki, o, aktyorluğa 2003-cü ildə "Həyat Bilgisi" serialında çəkilərək başlayıb.
Mina Mikayılova



















