• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Reuters"in əməkdaşı Ukraynada həyatını itirib

DÜNYA

26 Avqust 2024 | 10:00

"Reuters"in əməkdaşı Ukraynada həyatını itirib

"Reuters" agentliyinin təhlükəsizlik üzrə məsləhətçisi Rayan Evans Kramatorska zərbə endirilməsi nəticəsində həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Reuters"in özü yayıb.

Agentlik yazır ki, “Reuters”in təhlükəsizlik üzrə müşaviri Rayan Evans Kramatorskdakı “Sapphire” otelinə raket hücumu nəticəsində həlak olub.

"İki jurnalistimiz xəstəxanadadır, onlardan biri ağır yaralanıb. Daha 3 həmkarımız tapılıb və sağ-salamatdır", - "Reuters" yazıb.

Bundan əvvəl Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin Britaniya vətəndaşının öldüyünü açıqlamışdı. O, jurnalistin adını çəkməsə də, 1984-cü il təvəllüdlü olduğunu göstərmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026