Pakistanın Kəraçi şəhərində Ərbəin yürüşü öncəsi iki qrup arasında baş verən qarşıdurmada 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, qruplar bir-birinə atəş açarkən çoxlu avtomobil yandırılıb.
Qarşıdurmadan sonra bölgəyə çoxlu sayda polis qrupları göndərilib.
Kəraçi polis rəisi Caved Alam Odho şəhərdə vəziyyətin nəzarət altında olduğunu bildirib.
Gülşən Şərif
















