• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İraq prezidenti: ""Cəhənnəm" müharibəsinin qarşısı alınmalıdır"

DÜNYA

25 Sentyabr 2024 | 10:22 | Müəllif: Gülşən Şərif

İraq prezidenti: ""Cəhənnəm" müharibəsinin qarşısı alınmalıdır"

İraq prezidenti Əbdüllətif Rəşid İsrailin Beyrutun cənub ətrafına hücumlarını pisləyib.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə İraq prezidentinin ofisi bəyanat yayıb.

Bəyanata görə, İsrailin hücumları gərginliyin və münaqişənin artmasına, eləcə də qeyri-sabitliyin və etibarsızlığın artmasına səbəb ola bilər. 

"Bu, həmçinin regionda sosial-iqtisadi inkişafa mənfi təsir göstərə bilər. Beynəlxalq ictimaiyyəti qəti mövqe tutmağa və regionda "cəhənnəm" müharibəsinin başlanmasının qarşısını almağa çağırarı. Əgər bu vəziyyətin qarşısını ala bilməsək, nəticələri fəlakətli olacaq. İraq Fələstin və Livan xalqlarını dəstəkləməyə sadiqdir", - bəyanatda vurğulanıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026