• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

ABŞ zibilxanaya çevirilib - Tramp  

DÜNYA

25 Oktyabr 2024 | 09:03

ABŞ zibilxanaya çevirilib - Tramp

ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər yerindən həbsxana və psixiatrik xəstəxanalardan olan miqrantların axınına qapı açıb.

“Biz zibilxanayıq, biz dünya üçün zibil qabıyıq”, – Tramp söyləyib.

Tramp həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə noyabrın 5-i “Amerikanın Azadlıq Günü” olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026