• Bakı 24° C

    14.23 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Mask öz rekordunu qırdı

DÜNYA

23 Noyabr 2024 | 22:48

Mask öz rekordunu qırdı

Amerikalı sahibkar İlon Mask növbəti dəfə özünün 2021-ci il dünya rekordunu qıraraq tarixin ən zəngin adamı olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Bloomberg” agentliyi dünyanın ən varlı adamlarının siyahısını yeniləyərək təqdim edib.

Belə ki, Maskın sərvəti hazırda 348 milyard dollar qiymətləndirilir. “Tesla” və “SpaceX”in qurucusu olan Mask 2021-ci ilin noyabrında 340 milyard dollar kapitala sahib idi.

Bundan əlavə, İlon Mask digər milyarderləri nəzərəçarpacaq dərəcədə qabaqlayır. Beləliklə, reytinqdə ikinci yerdə qərarlaşan “Amazon”un qurucusu Ceff Bezosun sərvəti hazırda 219 milyard dollardır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026