• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan

DÜNYA

23 Noyabr 2024 | 22:26 | Müəllif: Subhan Mahmudov

“Onlar Türkiyəyə köçməyib” - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan da HƏMAS Siyasi Bürosunun Qətərdən Türkiyəyə köçməsi ilə bağlı iddiaları təkzib edib.

Bakıvaxtı.az bu barədə “Habertürk”ə istinadən xəbər verir.

“Biz artıq bu şayiələri təkzib etmişik, HƏMAS Siyasi Bürosu Türkiyəyə köçməyib. Qətərlilər də dediyiniz şayiələri təkzib etdilər. Ona görə də belə bir şeydən söhbət gedə bilməz”, - Fidan bildirib.

Xatırladaq ki, daha əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Rəsmi Ankara HƏMAS-ın Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialara münasibət bildirərək həqiqətə uyğun olmadığını bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026