Qırğızıstan parlamenti birinci dövlət başçısı Əsgər Akayevə eks-prezident statusunu bərpa etməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika parlamentinin mətbuat xidməti məlumat yayıb.
Ölkənin Qanunvericilik Məclisinin deputatı Çolpon Sultanbekova xatırladıb ki, onun əvvəllər rəhbərlik etdiyi parlament komitəsi birinci dövlət başçısının müraciətindən imtina etməyi tövsiyə edib.
“Parlament bu qərarı dəstəklədi və A.Akayevin müvəqqəti deputat komissiyasının yaradılması barədə ərizəsini təmin etməkdən imtina etdi. Müvafiq qərar layihəsi qəbul edilib”, - məlumatda deyilir.
Mina Mikayılova




jpg-1729835838.webp)











