• Bakı 17° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Makron: "Rusiya təhlükəsizliyimizi təhdid edir"

DÜNYA

28 May 2024 | 14:18

Makron: Rusiya təhlükəsizliyimizi təhdid edir

"Ukraynada güclülərin hökmranlığı hökm sürərsə, Fransa artıq təhlükəsiz olmayacaq".

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Avropa iqtisadiyyatlarının böyümə probleminə toxunan Makrona görə, Avropa dönüş nöqtəsindədir.

"Üzləşdiyimiz risk odur ki, artıq öz inkişafımızı yarada bilmirik. Böyüməsiz sosial dövlət modeli yoxdur. Avropanın gələcək nəsillər üçün böyümə modelinə ehtiyacı var. Avropa sülh, firavanlıq və demokratiya hekayəsidir. Ancaq Avropa hərəkətə keçməsə, bu faktorların hər biri təhdid altındadır" - deyə Fransa prezidenti vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025