• Bakı 13° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Qızılca epidemiyası: 19 uşaq öldü

DÜNYA

29 Aprel 2024 | 10:30

Qızılca epidemiyası: 19 uşaq öldü

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində baş verən qızılca epidemiyasında 19 uşaq ölüb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami bildirib.

Onun sözlərinə görə, Mubi bölgəsində 200-dən çox uşaqda qızılca aşkarlanıb.

Bölgəyə tibb personalı və dərmanların göndərildiyini qeyd edən Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyini bildirib.

Ay Tac


SON XƏBƏRLƏR

15 May 2024