• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə hədələyib

DÜNYA

29 May 2024 | 00:50 | Müəllif: Subhan Mahmudov

ABŞ Gürcüstanı xarici agentlər haqqında qanuna görə hədələyib

Amerika hakimiyyəti hesab edir ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ölkənin Avropaya inteqrasiyasına mane olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ bu addımı pisləyir. Millerin fikrincə, sənədin qəbulu Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb. O, hakim “Gürcü arzusu” partiyasının “gürcü xalqının Avro-Atlantik istəklərinə” məhəl qoymadığını vurğulayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bütün bu hərəkətlər ABŞ və Gürcüstan arasında münasibətləri təhlükə altına qoyur.

O xatırladıb ki, ABŞ dövlət katibi Antoni Blinken “Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə” qarşı viza məhdudiyyətləri tətbiq etmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026