• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Ukraynaya NATO-ya qoşulmaq üçün dəvət göndərilməyəcək

DÜNYA

27 Iyun 2024 | 22:34

Ukraynaya NATO-ya qoşulmaq üçün dəvət göndərilməyəcək

NATO iyulda Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndərmək niyyətində deyil. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Culian Smit məlumat verib.

O, "The Washington Post"a onlayn müsahibəsində deyib:

“Ukrayna bu iyulda alyansa qoşulmaq üçün dəvət almayacaq. ABŞ Ukraynanı NATO-ya yaxınlaşdırmağa davam edir. Alyans silahlı münaqişə vəziyyətində olan və sərhədlərini mübahisələndirən ölkələri təşkilata qəbul edə bilməz".


SON XƏBƏRLƏR

29 Iyun 2024